Banner

Yeni doğulan uşaqlara qəribə adlar qoymaq istəyən valideynlər var - VİDEO

Xəbərlər 6 Yanvar 2022 23:50 Oxunub 1974
Yeni doğulan uşaqlara qəribə adlar qoymaq istəyən valideynlər var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin ilk günlərindən yeni doğulan uşaqlara valideynləri tərəfindən adi söz və ifadə kimi işlədilən sözlərin ad kimi qoyulması ilə bağlı müraciətlər daxil olub.

Uşaqlara Məruzə, Bəyan, Əfv, Bafta, Balış, Diliş, Dərdayıl, Dəftər, Şərbala kimi adlar qoymaq istəyiblər.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib ki, valideynlər tərəfindən səsləndirilməsi belə qəribə olan adların uşaqlara qoyulması ilə bağlı müraciətlər daxil olur. Hətta çox vaxt bu adların mübahisəsi məhkəməyə qədər gedib çıxır.

Sayalı Sadıqovanın sözlərinə görə, bir çox adlar var ki, onların yazılışı Azərbaycan ədəbi dilində mövcud olsa da, valideynlər onu dəyişdirib fərqli formada uşaqlarına qoymaqda israr edirlər. Məsələn, bəzi valideynlər övlardlarına İsmayıl əvəzinə İsmail, Məhəmməd əvəzinə Muhammed, Əbülfəz əvəzinə Əbəlfəz kimi adlar qoymaq istəyiblər.

Sədr müavini onu da əlavə edib ki, son dövrlər qız adlarını oğlana, oğlan adlarını isə qızlara qoymaq istəyən valideynlərə də rast gəlinir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh