"Yeni Klinika"da uşaq niyə beş saat gözlədilib? - RƏSMİ MÜNASİBƏT

"Yeni Klinika"ya gətirilən uşağın beş saat gözlədilməsi narazılığa səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, psixoloq Sevinc Əlizadə sosial şəbəkə hesabında bu barədə yazıb.
O qeyd edib ki, saat 4 radələrində xəstəxanaya sancı keçirən bir uşaq gətirilsə də, səhər saat 9:00-a qədər həkim müdaxiləsi olmayıb:
"Mənə məlumat verilib ki, uşaq sancı içindədir, amma klinikada sadəcə - "gözləyin, həkim gəlib baxsın", - deyilib. Bu, biabırçılıqdır".
Məsələ ilə bağlı "Yeni Klinika"dan bildirilib ki, araşdırmaya əsasən, klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin məlumatına görə, pasiyent (kişi cinsi) tibb müəssisəsinə sancı ilə deyil, axıntı şikayəti ilə müraciət edib.
"Qəbul otağında müayinə edildikdən sonra şikayətin uroloji xarakterli olması və təcili hal təşkil etməməsi müəyyən edilib. Bu səbəbdən pasiyent poliklinik qaydada uroloq müayinəsinə yönləndirilib.
Daha sonra Sevinc Əlizadə tərəfindən təqdim edilən əlaqə nömrəsi vasitəsilə saat 11:30-da pasiyentlə telefon əlaqəsi saxlanılıb və xəstəxana daxilində görüş keçirilib. Görüş zamanı pasiyentin Sevinc Əlizadənin bildirdiyi kimi, ağrı şikayətinin olmadığı müəyyən edilib. Pasiyent səhər tezdən növbə götürdüyünü və hazırda növbəsinin çatmasına səkkiz sıra qaldığını bildirib. Qeyd edirik ki, pasiyent ağrısız vəziyyətdə tibb müəssisəsinə müraciət edən digər vətəndaşlar kimi növbəsinin çatmasını gözləyirdi", - deyə məlumatda bildirilir.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











