Yeni stansiyalar açılandan sonra sürət qatarında gedişhaqqı artacaq? - RƏSMİ CAVAB

"Bakı şəhərinin Baş planında 2027-ci ilin sonunadək nəzərdə tutulan stansiyaların tikintisi həll olunarsa Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə yeni stansiyalarda qatarların dayanmasına baxıla bilər".
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) baku.ws-in sorğusuna cavab olaraq bildirilib.
Qurumdan həmçinin deyilib ki, 2027-ci ilin sonunadək Abşeron yarımadasında Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında “Şimal-Cənub” istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur.
Yenidənqurma işlərindən sonra sürət qatarında gedişhaqqı dəyişikliyi ilə bağlı isə ADY-dən açıqlanıb ki, gələcəkdə beynəlxalq təcrübəyə uyğun olaraq mərhərəli şəkildə elastik qiymət strateqiyasına keçid baş verə bilər.
Qeyd edək ki, Bakı şəhərinin Baş planına əsasən 2027-ci ilin sonunadək Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndivə Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, eləcə də Zabrat-Maştağa-Zaqulba dəhlizinin yaradılması planlaşdırılır.













