Banner

Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - FOTO - VİDEO

Xəbərlər 18 İyun 2022 13:14 Oxunub 902
Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Vüqar Mustafazadə saxlanılıb. V.Mustafazadənin evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş hündürlüyü 12 santimetrdən 230 santimetrədək olan 184 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh