Yevlaxda yeni yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTO - VİDEO
Xəbərlər
18 Sentyabr 2025 10:53

Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
Bu barədə Avtosfer.az-a AAYDA-dan məlumat verilib.
Bildirilir ki, keçidin eni 5 metr, hündürlüyü 3,2 metr, ümumi uzunluğu isə 47 metr təşkil edir.
Bu uzunluğun 37 metri qapalı şəkildə layihələndirilib. Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, əvvəlcədən təsdiq olunmuş iş qrafikinə əsasən aparılır. Layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması məqsədilə əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib. Yeraltı piyada keçidinin inşası, vətəndaşların magistral avtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təmin edəcək.
Oxunub : 500
DİGƏR XƏBƏRLƏR
14 Mart 2026 10:00
Yollarda duman var - Sürücülərin nəzərinə!
13 Mart 2026 11:53
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
12 Mart 2026 15:06
İlham Əliyev Fərman imzaladı
11 Mart 2026 17:11
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
11 Mart 2026 16:00
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
11 Mart 2026 14:48
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
11 Mart 2026 13:14
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
11 Mart 2026 12:30
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
11 Mart 2026 12:11
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
10 Mart 2026 17:33
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
10 Mart 2026 14:06
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR
10 Mart 2026 13:41
Əli Əsədov iki qurumun fəaliyyərti ilə bağlı sərəncam imzaladı
ŞƏRH YAZ


















