Mikroavtobusun sürücüsü ödəniş etməyən qadına görün nə etdi - VİDEO

Rusiyada Çelyabinskdə mikroavtobusun sürücüsü qadın sərnişini qapının arasında sıxıb, yalnız növbəti dayanacaqda açıb.
Avtosfer.az 74.ru-yə istinadən bildirir ki, sürücünün sözlərinə görə, o, bunu ona görə edib ki, qadın onun avtobusundan hər gün istifadə edərək gediş haqqını vermir.
Yayımlanan videonun müəllifi qadının mikroavtobusa mindiyini və bir dayanacaq sonra düşəcəyini deyərək bunun üçün sürücüyə 10 rubl verdiyini bildirib. "Sürücü cavab verdi ki, o da hamı kimi tam məbləği ödəsin", - qız əlavə edib.
Onun sözlərinə görə, sürücü növbəti dayanacaqda saxlasa da, qapını qadına açmayıb. Qalan sərnişinlər onu bayıra buraxması üçün qışqırmağa başlayıblar, lakin kişi onlara qulaq asmayıb və qadını təhqir etməyə başlayıb.
Sürücünün sözlərinə görə, o, qapı ilə çantanı sıxıb, digər sərnişinlər isə qadının ayağının orada olduğunu zənn ediblər.
Day.Az
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











