Yollar qar və buzdan təmizləndi - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gecə boyu və səhər yolların qar və buzdan təmizlənməsi işləri aparıb.
Avtosfer.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, bölgələrdə qurumun xidmət etdiyi yollara, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollara öncədən qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb.
Gecə boyu və səhər Yardımlı, Lerik, Qusar, Quba, Şamaxı və digər rayonlarda bütün avtomobil yolları nəzarətdə saxlanılıb. Agentliyin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz, fasiləsiz hərəkəti təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
"Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur", - deyə agentlik bəyan edib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










