“Yolların bu hala düşməsi ilə bağlı yeyinti…” – EKSPERT QURUMLARI TƏNQİD ETDİ - VİDEO

Son 10 gün ərzində paytaxtda müşahidə edilən yağıntılı hava şəhərin yol infrastrukturuna xeyli ziyan vurub.
Avtosfer.az xəbər verir ki, Bakının ən çox istifadə edilən avtomobil yollarında qarlı havalardan sonra yaranan vəziyyət sürücüləri narahat edən əsas problemə çevrilib.
Belə ki, Zabrat şosesi, Tbilisi prospekti, Qara Qarayev prospekti kimi nəqliyyat axını olan ərazilərdə yağıntılar asfaltda çatlar, çuxurlar yaradıb. Sürücülər pik saatlarda həmin çuxurları görə bilmirlər. Nəqliyyat vasitəsini bu yollardakı çökəklərə salan sürücülərə maddi ziyan dəydiyi üçün redaksiyamıza şikayət ediblər.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı saytımıza açıqlamasında deyib ki, bəzi yollar keyfiyyətli deyilb:

“Qar, yağış yağan kimi yolların asfaltı sıradan çıxıb. İllərdir bakıya güclü aramsız qar yağmırdı, şaxta olmurdu, temperature mənfiyə düşmürdü. Ona görə də belə baibrıçılıqlar üzə çıxmırdı.İndi müəyyən oldu ki, yolların keyfiyyəti çox aşağıdır. Hətta Bakının 1 nömrəli yolu olan Heydər Əliyev prospektində artıq bir neçə yerdə çuxurlar ayranıb, mən həmin yoldan dünən istifadə etdim, avtomobil artıq bu prospektdə ləngərləyərək hərəkət edir. Bu yaxınlarda Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyasının yaxınlığındakı hissədə çökmə baş vermişdi. Bu gedişlə prospektin bir çox hissələrində çökmələr müşahidə edə bilərik. Bir çox ərazilərdə - Zabratda, Bayılda, Yasamalda yollarda vəziyyət eynidir. Bakı-Sumqayıt yolu da bu vəziyyətdədir. Həmişə getdiyiniz yol, bir də görürsüz ki, hər yeri çuxurludur, avtomobil hansınasa düşür, sürücüyə maddi ziyan dəyə bilər. Yaxud da sürücü həmin çökəyə avtomobili salmamaq üçün sükanı sağal-sola döndərərkən başqa bir avtomobillə toqqa, qəza baş verə bilər. Yolalrın keyfiyyəti ilə bağlı, təəssüf ki, müsbət nəsə demək mümkün deyil. Aidiyyəti qurumlar belə çökəklər yaranan yollara yamaq vurmaqla problem bitmiş hesab edir. Bu proses paytaxta ötən ilin sonu yağan aramsız yağışlardan etibarən başlamışdı. Başqa ölkələrin təcrübəsinə baxsaq, bu ölkələrdə keyfiyyətsiz işlərin nəticəsi 1-2 ilə ortaya çıxır. Bizdə isə şaxtalı, qarlı hava çox az müşahidə edildiyi üçün qısa müddətdə bu halları müəyyənləşdirmək mümkün deyil. Ona görə də, təklif edirəm ki, Dövlət Ekspertiza Mərkəzi, Nəqliyyatı Əlaqələndirmə Şurası çəkilən yolları istismara qəbul etmədən mütləq şəkildə yoxlamalıdır. Ortada yeyintiyə mi yol verilir, yoxsa işi bilən mi yoxdur, belə hallara yol verənləri yola salıb, yerinə işi bilənləri götürmək lazımdır. Yox əgər yeyintiyə yol verilibsə, bununla Korrupsiyaya qarşı Mübarizə İdarəsi məşğul olmalıdır”.
Səfər
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ











