“Yolumuzu 4 dəfə qazıblar, həyətə girə bilmirik” - VİDEO - FOTO

“Yaşadığımız binanın həyəti artıq 4-cü dəfədir ki, “Azərsu” ASC tərəfindən qazılır. Yolumuz yararsız vəziyyətə düşüb. Avtomobillə binanın həyətinə və qaraja girmək mümkün deyil”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 30 ünvanında yerləşən 16 mərtəbəli binanın sakinləri müraciət ediblər. Onlar bildiriblər ki, artıq bir müddətdir ki, əraziyə su yığılır və sızıntının haradan axdığı məlum deyil. Sakinlər tərəfindən göndərilən şəkillərdən də aydın olub ki, yolun asfalt hissəsi dağılıb, xüsusən avtomobillərin həyətə giriş-çıxışı qeyri-mümkün olub.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, proses nəzarətdədir və yaxın günlərdə yekunlaşdırılacaq:
“Həmin ərazidə yolun qırağında su axıntısı var. Araşdırılıb və məlum olub ki, bu axıntı yolun altından gəlir. Ona görə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət eləmişik ki, bizə icazə versinlər, asfaltın həmin hissəsini qazaq və problemi aradan qaldıraq. Hazırda icazəni gözləyirik, yəqin ki, bu gün, ya sabah o işi tam yekunlaşdıracağıq”.
Gülnar Əliyeva



Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi








