Yolun bu hissələrində sərnişin düşürən sürücüləri cərimə gözləyir - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) piyada səkisini parkinqə çevirən “Bakı 4 N-li Yol İstismarı” MMC-nin direktoruna şiddətli töhmət verib.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, iyulun 23-ü sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal Agentlik tərəfindən araşdırma aparılıb.
Araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən “Bakı 4 N-li Yol İstismarı” MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.
AAYDA-nın İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb edilib, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eyni zamanda dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.
Qurum vətəndaşlardan xahiş edir ki, yol infrastrukturuna müdaxilə halları ilə rastlaşdıqda bu barədə Agentliyə və ya aidiyyəti qurumlara məlumat versinlər.




Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










