Yüklü miqdarda narkotiklə tutuldu - FOTO - VİDEO

Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə növbəti dəfə külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi barədə əməliyyat məlumatı daxil olub. Narkotiklərin ölkə ərazisində daşınması, ünvanlara çatdırılması və satış şəbəkəsini quran şəxsin müəyyən edilməsi məqsədi isə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib. Lənkəran rayonundan başlayan əməliyyata paytaxtın Sabunçu rayonu ərazisində yekun vurulub. Narkoşəbəkənin ölkə üzrə əsas üzvlərindən olan şəxs - əvvəllər də narkotik və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş 31 yaşlı Elgün Əliyev bu əməliyyatın nəticəsi olaraq saxlanılıb. Onun evindən və sərnişin kimi əyləşdiyi avtomobildən 36 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Bu şəxs ifadəsində marixuananı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR












