Banner

Yüksək vəzifəli məmurun avtomobili partladı - FOTO - VİDEO

Xəbərlər 19 İyun 2023 16:49 Oxunub 472
Yüksək vəzifəli məmurun avtomobili partladı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ukraynanın işğal olunmuş Zaporojye vilayətinin RF tərəfindən təyin olunmuş yüksəkvəzifəli məmurun yolsuzluq avtomobili partlayıb.

Hadisə Krımın Simferopol şəhərində baş verib, maşında vilayətin RF tərəfindən təyin olunmuş baş nazirin müavininin köməkçisi Vladimir Yepifanov, onun mühafizəçisi və katibi olublar.

İlkin məlumatlara görə, avtomobildə qaz balonu partlayıb, bundan sonra maşın baryerlərə çırpılıb və alovlara bürünüb.

Zərərçəkənlərin hər üçü xəstəxanaya yerləşdirilib: Onların bədənlərinin 30%-i yanıb.

Bildirilir ki, avtomobilin üzərindəki qaz avadanlıqlarına dünən Simferopoldakı xidmətlərdən birində baxış keçirilib.

 

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh