Zelenski İlham Əliyevlə təyyarə qəzasını müzakirə etdi

Ukrayna lideri Volodimir Zelenski Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə tərəflər Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasını müzakirə ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında yazıb.
O bildirib ki, təyyarə qəzası ilə bağlı Əliyevə bir daha başsağlığı verib.
"Fəlakət yerindən dəlillər göz qabağındadır, Rusiyanı həqiqəti deməyə məcbur etmək lazımdır", - Zelenski ifadə edib.
Xatırladaq ki, ötən ilin dekabrın 25-də Qazaxıstanın qərbində yerləşən Aktau şəhəri yaxınlığında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olub. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər isə sağ qalıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










