Banner

Zəngəzur dəhlizi haqda YENİ AÇIQLAMA

Xəbərlər 12 Fevral 2025 20:33 Oxunub 538
Zəngəzur dəhlizi haqda YENİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyə Ermənistanla Azərbaycan arasında gərginliyin tezliklə aradan qaldırılmasını və yekun sülhün bərqərar olmasını çox vacib hesab edir.

Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulqadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında deyib.

“Ermənistan və Azərbaycan bu yolu müzakirə edirlər. Alternativlər arasında İran da var. İstənilən halda bu dəhliz hansısa ərazidən keçəcək. Ermənistan və ya İran ərazisindən keçməsindən asılı olmayaraq, azərbaycanlı qardaşlarımız prosesi diqqətlə izləyirlər. Biz də prosesi izləyirik”, – Uraloğlu bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh