Zəngəzur dəhlizində tikinti işləri gələn il tamamlanacaq - RƏSMİ

"Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikintisi işlərinin gələn il tamamlanması nəzərdə tutulur".
Avtosfer.az xəbər verir ki, bunu Abşeron Logistika Terminalında Çinin Cijang əyalətindən göndərilən növbəti blok qatarın qəbuluna həsr olunmuş tədbirdə çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.
Nazirlik rəsmisi bildirib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində böyük uğur əldə olunub. Dəhliz Azərbaycanın nəqliyyat sisteminin mühüm halqasına çevrilərək, həm şərq–qərb, həm də şimal–cənub istiqamətlərində tranzit daşımalarının artırılmasına imkan verəcək. Azərbaycan ərazisində dəhlizin tikinti işlərinin gələn il tamamlanması nəzərdə tutulur.
Onun sözlərinə görə, paralel olaraq Türkiyədə də bu istiqamətdə layihələr icra olunur: “Qars–Dilucu xəttinin 224 km-lik hissəsinin təməli qoyulub və yaxın 4 ildə tam başa çatdırılacaq. Zəngəzur dəhlizinin istismara verilməsi ilə Orta Dəhliz üzrə illik əlavə 15 milyon ton yükdaşımaya nail olunacaq. Öən il Çindən Avropa istiqamətinə 358 blok qatar yola salınıb, bu isə Azərbaycanın tranzit imkanlarının artdığını və ölkədə aparılan infrastruktur islahatlarının real nəticələr verdiyini göstərir".
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN










