Banner

Zəngəzura yük aparan İran maşını dərəyə düşdü – Sürücü öldü - FOTO

Xəbərlər 3 Sentyabr 2021 22:42 Oxunub 1820
Zəngəzura yük aparan İran maşını dərəyə düşdü – Sürücü öldü  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yük maşını Zəngəzurun Meğri şəhəri yaxınlığındakı Liçk kəndində dərəyə yuvarlanıb. 

Avtosfer.az xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Mənbə yazır ki, qəza günorta saatlarında, Meğri-İrəvan magistral yolunun 25-ci kilometrində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin ərazi idarəsinin xilasediciləri-xilasediciləri yollanıb.

Bəlli olub ki, İrandan Ermənistana daxil olan qoşqulu yük maşını yolun hərəkət hissəsindən çıxaraq təxminən 500 metr hündürlükdən dərəyə düşüb. İran vətəndaşı olan sürücü hadisə yerində ölüb.///Bizim.Media

ŞƏRH YAZ
Ad

E-mail

Şərh