Banner

Zəngəzurda Paşinyanın avtomobilinə hücum olub, mühafizəçisinin paltarı cırıldı - VİDEO - YENİLƏNİB

Xəbərlər 21 Aprel 2021 13:31 Oxunub 782
Zəngəzurda Paşinyanın avtomobilinə hücum olub, mühafizəçisinin paltarı cırıldı  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətinə səfərini yarımçıq saxlayaraq geri qayıtmaq məcburiyyətində qalıb. 

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Qeyd olunur ki, etirazçılar baş nazirin olduğu avtomobilin yolunu bağlayıb, Nikol Paşinyandan Mehri şəhərini tərk etmək tələb olunub. Vəziyyətin gərginləşdiyini görən Paşinyan səfərini yarımçıq dayandırıb.

12:26

Ermənistanın baş naziri Nikol Paşinyanın Meğriyə səfəri qalamaqallı olub.

Avtosfer.az “Novosti Armeniya”yay istinadən xəbər verir ki, şəhər sakinləri baş naziri vilayətə səfərinə etiraz ediblər.

Onlar “Nikol satqındır!” şüarını söyləyərək, onun Süniki (Zəngəzur) tərk etməsinin tələb ediblər.

Etrirazçılar baş nazirin avtomobilinə hücum edib. Hadisə zamanı Paşinyanın mühafizəçisinin paltarı cırılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh