Ziya Məmmədovun oğlunun şirkəti LƏĞV EDİLİR
Xəbərlər
23 İyun 2025 15:18
Oxunub 304

Azərbaycanda beton istehsalı ilə məşğul olan "Qarant Beton" şirkəti ləğv edilir.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, MMC şirkətin ləğvi ilə əlaqədar kreditorlara müraciət edib.
Kreditorlar iki ay ərzində tələbələrini bildirə bilərlər. Şirkətin ləğvi barədə elan "Vergilər" qəzetində dərc edilib.
“Qarant Sement Zavodu” kimi tanınan MMC "Garant Holding"in strukturuna daxil olub.
Sözügedən holdinqin rəhbəri sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













