“Aİ-92” ilə idarə edilən avtomobilə “Aİ-95” tökmək zərərdir? – EKSPERTDƏN AÇIQLAMA

Dünəndən etibarən Aİ-95 markalı yanacaq növünün qiyməti aşağı düşüb.
Avtosfer.az xəbər verir ki, ölkə ərazisində premium yanacaq markası kimi tanınan Aİ-95-in qiyməti 40 qəpik ucuzlaşaraq 1.60 qəpik olub. Bu isə Aİ-92 markalı yanacaq növündən istifadə edən sürücülərin cüzi qiymət fərqinin olmasına baxmayaraq premium yanacaqdan istifadə etməsi ilə nəticələnib.
Bu zaman maraqlı bir sual ortaya çıxır: Aİ-92 markalı yanacaq növünə üstünlük verən avtomobildə Aİ-95 markalı yanacaq növündən istifadə etsək, bu hansı effekti yaradar?

Avtomobillər üzrə mütəxəssis Elçin Abbasov saytımıza açıqlamasında deyib ki, avtomobillərin yanacaq növləri onların oktan ədədindən asılıdır.

“Yanacağın oktan ədədi nə qədər yüksəkdirsə, həmin yanacaq növü detonasiyaya o qədər dözümlüdür. Mühərriklərin quruluşu və onların sıxılma əmsalından asılı olaraq avtomobil üçün oktan ədədi seçilir. Bu ədəddən yuxarı olduqda heç bir zərəri yoxdur. Aşağı olduqda isə avtomobil üçün təhlükəli hal ala, hətta sıradan çıxması ilə nəticələnə bilər. Əvvəllər Azərbaycanda Aİ-92 markalı yanacağın keyfiyyət göstəricisi aşağı idi. O zaman “Avro” standartlara uyğun olan qatqılar yox idi. Yanacaqların keyfiyəti təkcə oktan ədədi ilə ölcülmür, həm də onun kimyavi tərkibi ilə əlaqədardır, məsələn, yanacağa əlavə edilən yuyucu qatqıların olması yanacaq sisteminin təmiz qalmasını təmin edir, amma yanacaqda olan kükürd mühərrikdə qətranlar yaradır, turşu mühit yaradır ki nəticədə mühərrikin qısa müddətdə sıradan çıxmasına səbəb olur. Yanacağın tərkibində olan fraksiyaların doğru nisbətdə olması avtomobilin soyuq havada necə işə düşməsini və yanacaq qənaətini təmin edir, 95 oktanlı yanacaqda yuxarıda göstərdiyimiz müsbət xüsusiyyətlərini hamısı var, və ondan istifadə avtomobil üçün faydalıdır".
Mütəxəssis sonda onu da qeyd edib ki, bəzi sürücülər avtomobilin çəninin üzərində “Aİ-92” yazdıldığını bildirir və bu o deməkdir ki, həmin avtomobillərə oktan ədədi ən az 92 olan yanacaqdan istifadə etmək lazımdır. Yəni avtomobil üçün nəzərdə tutulan oktan ədədi ilə eyni, yaxud daha çox olan yanacaqdan istifadə avtomobillərin zərərinə deyil, xeyrinədir.
Səfər Əlizadə
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












