Reklam

"Ambulans" sözü avtomobilin üzərində niyə tərsinə yazılır? - İZAH

Öyrənək 8 Oktyabr 2023 20:35 Oxunub 2140
"Ambulans" sözü avtomobilin üzərində niyə tərsinə yazılır? - İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təcili yardım maşınlarının qabaq tərəfinə «ambulans» sözü nəyə görə tərsinə yazılır. 

Avtosfer.az saytı məsələyə qısaca olaraq belə aydınlıq gətirir ki, təcili yardım maşınlarına «Ambulans» sözünün tərsinə yazılması dünyanın hər yerində geniş yayılmış bir təcrübədir. Burada başlıca məqsəd ondan ibarətdir ki, «ambulans» sözü tərsinə yazılırsa, qarşıda hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü avtomobilin salonundakı və yan güzgülərdən geriyə baxarkən tərsinə yazılmış «ambulans» sözünü düzgün oxuya bilir.

Müqayisə üçün fotoları təqdim edirik. Eyni avtomobilin fotoları həm adi qaydada, həm də güzgüdən çəkilib. Adi qaydada «ambulans» sözü tərsinədir. Güzgüdən çəkilən fotolarda isə «ambulans» sözü düzgün oxunur. Bu halda təcili yardım maşınının dövlət nömrə nişanı və digər yazılar tərsinə oxunur.

Bu yazının sürücülərə bu cür çatdırılmasının mənası odur ki, sürücülər təcili yardım maşını yaxınlaşdıqda yol versinlər. Lakin təəssüflər olsun ki, Azərbaycanda, xüsusən də, paytaxt Bakıda təcili yardıma yol vermək mədəniyyətinin aşağı səviyyədə olması hələ də ciddi problem olaraq qalır. Sürücülərimiz ya təcili yardım maşının qarşısında şütüyür, ya da qəza işıqlarını yandırıb təcili yardım maşınının arxasınca gedirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh