AQTİ halal sertifikatlaşdırma prosesinə başladı - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) halal sertifikatlaşdırma prosesinə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, institutda sertifikatlaşdırma ilə bağlı yaradılan komitələrin üzvləri ilə görüş keçirilib.
AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, İnstitut tərəfindən halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb.
Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.
Həmçinin qeyd edilib ki, İnstitutun "Halal" uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən müəyyən edilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna (HAK) müraciət edilib.
Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq "Səhliyalı" Kiçik Müəssisəsində "OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər" standartı üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib.
Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO
Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır
Yola paralel parklanan maşınlardan azı 1 metr uzaq keçmək lazımdır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Metroda nə qədər yol getsən, o qədər ödəyəcəksən - AÇIQLAMA
Parkinqdən çıxarkən bu səhvə yol verən sürücülər piyadaları vurur - VİDEO
Bu qaydanı pozan sürücülər 10 manat cərimələnəcək - DİQQƏT!
















