Arzuolunmaz qatqılar və mühərrik yağı ilə bağlı MİFLƏR
Öyrənək 23 Fevral 2021 11:45 Oxunub 476
Arzuolunmaz qatqılar və mühərrik yağı ilə bağlı MİFLƏR

Mif 1

Avtomobil istehsalçılarının tövsiyələri sadəcə reklamdır, yağ qablaşdırmasının üzərindəki rəqəmlər və "qarışıq maddələr” üçün əlavə pul ödəməyinizə ehtiyac yoxdur.

Əslində:

Mühərrik yağları ilə qida maddələri eyni ölçülür. Mağazada ən ucuz məhsulları satın almağı heç kim qadağan etmir, lakin yalnız bunları yeyirsinizsə, gələcəkdə sağlamlıq problemləriniz demək ki, çox olacaq.

 

Avtomobil mühərrikinin keyfiyyətsiz sürtkü yağı nəticəsində bir neçə dəqiqə ərzində sıradan çıxması ehtimalı yoxdur. Lakin uzun müddətdə avtomobil istehsalçısının tələblərinə cavab verməyən yağın istifadəsi arzuolunmaz nəticələrə səbəb olacaqdır.

Mif 2

Yağda çox qatqının olması mənfi nəticələrə gətirib çıxarır. Əlavələr mühərrikə zərər verdiyinə görə onlar olmasa daha yaxşıdır.

Əslində:

Əlavəsiz təmiz baza yağları 80 il əvvəl istifadə edilib. Bundan sonra da mütəxəssislər sürtkü yağının təbii xüsusiyyətlərinin mühərrikin uzunmüddətli təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün yetərli olmadığını anlayıblar. Elə məhz bundan sonra sürtgü materiallarının beynəlxalaq təsnifatları artıb.

 

Əvvəlcə mühərrikin aşınmasına müqavimət göstərmək üçün yağlara xüsusi komponentlər - ilk qatqılar əlavə edildi. Sonra yuyucu xüsusiyyətlərə malik komponentlər ortaya çıxdı...

Mif 3

"Mineral", yarımsintetik və sintetik maddələr bir-birinə uyğundur və qarışdırıla bilər.

Əslində:

Mineral yağ, yarı sintetik və sintetik motor yağı çox fərqli texnologiyalarla - tamamilə fərqli üsullarla hazırlanır.

Onların tərkibi və onlara qatqı paketləri də fərqlidir. Fərqli yağ növlərini qarışdırmaq üçün risk etmək məsləhət görülmür.

Mif 4

Yağ dəyişdirmədən əvvəl mühərriki təmizləmək lazım deyil - hətta motor üçün təhlükəli ola bilər

Əslində:

Müasir yağların yuyucu xüsusiyyətləri lazımi mühərrik qorumasını təmin edir.

Mif 5

Qaralmış yağ mühərrik problemlərini göstərir.

Əslində:

Vaxt keçdikcə yağın rəngi dəyişməzsə, mühərrik sıradan çıxmaq təhlükəsi ilə üzləşir. Sürtkü yağı qapalı bir dövrədə hərəkət edir və karbon çöküntülərini yuyur. Getdikcə lap qaralır. Benzin, dizel və qaz mühərriklərində yağın qaralma dərəcəsi bir qədər fərqlidir, lakin qayda yenə də hamı üçün eynidır.

 

Mif 6

Səriştəli mexanik, yağın qatılığını bir "toxunuşla" təyin edəcək.

Əslində:

Yağın tərkibini yalnız laboratoriya şəraitində xüsusi cihaz - viskozimetr istifadə edərək müəyyən etmək mümkündür.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh