Avtomobildə yanğınsöndürən balonun əhəmiyyəti bunlardır - Maarifləndirici VİDEO

Öyrənək 11 Oktyabr 2022 12:38 Oxunub 2758
Avtomobildə yanğınsöndürən balonun əhəmiyyəti bunlardır - Maarifləndirici VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanğınların dərhal söndürülməsi üçün odsöndürücü balondan istifadə qaydalarını bilmək vacibdir. Odsöndürücü balonun üzərində olan məlumatla tanış olub, həmin balonun hansı yanğınlarda istifadə edildiyini öyrənin.
Qazla işləyən balondan bütün növ yanğınların söndürülməsində istifadə edilir.
Tozla işləyən balondan elektrik təsərrüfatında baş verən yanğınların söndürülməsində istifadə olunur. 
Köpüklü balondan bərk maddə və tez alışan mayelərin yanması zamanı istifadə olunur. Nəzərə almaq lazımdır ki, köpüklü və toz halında olan balonlardan nəqliyyat vasitələrində baş verən yanğınları söndürmək üçün istifadə etmək olar.
Balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon istifadəyə yararlıdır. İstifadə zamanı balondan xarakterik səs eşidilir. 
Odsöndürücü balondan istifadə etmək üçün onun üstündəki plastik möhürü qırın, balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın, təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova yönəldin və dəstəyi yavaş-yavaş sıxın. Lüləni yuxarı-aşağı, sağa-sola hərəkət etdirərək alovu tam söndürün. 
Unutmayın! Qaydalara biganəlik, həyatınıza təhlükə yaradır. Bəzən başqalarından yanğınsöndürən balonu bir günlük götürüb avtomobili texniki baxışdan keçirməyə gedənlər daha diqqətli olsunlar. Unutmayın ki, bu balonlar sizə yalnız bir dəfə lazım ola bilər. Bunun isə nə zaman və harada baş verəcəyini heç kim bilmir. Odur ki, yanğınsöndürən balonun hər bir nəqliyyat vasitəsi üçün nəzərdə tutulduğunu heç vaxt unutmayın.
Texniki baxış zamanı polis aldatdığını düşünürsünüzsə, səhv edirsiniz. Çünki əlinizdəki nəqliyyat vasitəsi polisin yox, sizindir. Yanğın olsa ziyan sizə dəyəcək.

Qeyd: Məlumat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş“Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layiihəsi çərçivəsində hazırlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh