Avtomobilin tamlığının pozulması nədir və cəriməsi varmı? - VİDEO

Öyrənək 1 Mart 2024 16:13 Oxunub 4104
Avtomobilin tamlığının pozulması nədir və cəriməsi varmı? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobilin tamlığının pozulması nədir və cəriməsi var?

Avtosfer.az xəbər verir ki, bu sualı “AvtoFM” verlişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablayıb.

O bildirib ki, “Yol hərəkəti haqqında” qanunun bir saylı əlavəsində nəqliyyat vasitəsinin nasazlıqlarının siyahısı var və həmin nasazlıqlar yerində aradan qaldırılması mümkün olmadıqda İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə nəzərdə tutulur: “Bu nəqliyyat vasitəsinin şüşə silgəcləri, palçıq qaytarıcılar, işıq sistemindəki yaxın və uzaq vuran işıqların işləməməsi, avtomobilin üzərində buferin olmaması kimi hallara aiddir. Bunların hər biri vizual olaraq aşkarlanan qayda pozuntularıdır”.

Araz Əsgərli qeyd edib ki, orada daha bir bənddə bildirilib ki, nəqliyyat vasitəsinin tamlığını pozmaq, yəni nəqliyyat vasitəsinin qapısız, bufersiz, kapotsuz idarə etmək olmaz: “Bu həm də texniki baxımdan uyğunsuz davranış tərzidir, həm də istehsalçının nəqliyyat vasitəsində müəyyən etdiyi bütövlük, tamlıq anlayışının pozulmasıdır. Kiminsə avtomobilinin şüşəsi açılmaya bilər. Buna görə heç bir cərimə yazılmır. Amma nəqliyyat vasitəsinin ümumiyyətlə ya ön alın şüşəsi, ya buferi yoxdu ya da kapotu çıxarılıb və bu vəziyyətdə də idarə olunur. Həmçinin yan güzgüləri nə vaxtsa hansısa bir qəzada qırılıb, itib, sıradan çıxıb, elə o formada da idarə edilir. Bunların hər biri avtmobilin tamlığının pozulması kimi qiymətləndirlir”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh