Reklam

Avtomobillərə nömrələrin verilmə qaydaları

Öyrənək 10 Sentyabr 2019 16:17 Oxunub 5280
Avtomobillərə nömrələrin verilmə qaydaları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün qaydalar burda

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

1) ərizə;

2) Azərbaycan  vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 

3) qanunvericiliklə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;

4) qanunvericiliklə ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd;

5) Xarici dövlətlərdən alınaraq Azərbaycan ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

Hüquqi və fiziki şəxslər  nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aşağdakı müddətlərdə həyata keçirməlidirlər:

1) əldə edildiyi vaxtdan on gün ərzində;

2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində;

3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində: 

4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində;

5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş qaydada tərtib olunur və verilir.

“Nəqliyyat vasitələri və onların qoşqularının nömrə nişanları, tipləri və əsas ölçüləri, texniki tələblər” AZS-599-2011 Azərbaycan Respublikası Dövlət Standartına görə dövlət qeydiyyat nişanları tətbiqindən asılı olaraq aşağıdakı rənglərdə ola bilər: 

1) qırmızı rəngli – diplomatik və onlara bərabər sayılan digər təşkilatların və onların əməkdaşlarının nəqliyyat vasitələri üçün;

2) göy rəngli – sərnişin daşınmasında istifadə edilən nəqliyyat vasitələri üçün;

3) qara rəngli – Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən xarici dövlətlərdən müvəqqəti gətirilmiş və müvəqqəti dövlət qeydiyyatına alınan nəqliyyat vasitələri üçün;

4) ağ rəngli – yuxarıda göstərilən nəqliyyat vasitələrindən başqa qalan bütün nəqliyyat vasitələri üçün.

Nəqliyyat vasitələri üçün istifadə olunan “Tranzit” nişanlarında yaşıl rəngli zolaq yerləşdirilir.

Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Bu qaydaların pozulmasına görə nəqliyyat vasitələrinin mülkiyyətçiləri qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən qeydiyyat məntəqələrinin vəzifəli şəxsləri qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər. 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunmuşdur:

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə: 

Dövlət qeydiyyat
nişanında əks olunmuş
rəqəmlərin kombinasiyası

  Dövlət rüsumunun məbləği
(manatla)

seriyası müxtəlif
hərflərdən ibarət
olduqda

seriyası eyni hərflərdən
ibarət olduqda

 001, 002, 003, 004, 005, 006, 007, 008, 009

 1500

 2500

 100, 200, 300, 400, 500, 600, 700, 800, 900

 1000

 1500

 111, 222, 333, 444, 555, 666, 777, 888, 999

 500

 1000

Digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə – 22 manat.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh