Banner

Avtomobillərə qoyulan ucuz qiymətlərlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO

Öyrənək 27 Yanvar 2026 13:30
Avtomobillərə qoyulan ucuz qiymətlərlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil almaq bir çox insan üçün arzu olunan, bəzən isə emosional qərarla verilən addımdır. Xüsusilə ilk maşınını almaq istəyən sürücülər bəzən bazar reallığını nəzərə almadan ucuz təkliflərə üstünlük verirlər. Mütəxəssislər isə xəbərdarlıq edir ki, ucuz alınan avtomobil sonradan baha başa gələ bilər və sürücünü daimi xərclərlə üz-üzə qoya bilər.

Avtosfer.az xəbər verir ki, bu mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “AvtoFM” radiosunun efirində sürücülərə mühüm tövsiyələr verib. Onun sözlərinə görə, bazarda müəyyən model avtomobillərin formalaşmış real qiyməti var və bundan xeyli ucuz təklif edilən nəqliyyat vasitələrinə ehtiyatla yanaşmaq lazımdır.
Aqil Rəhimov bildirib ki, əgər bir avtomobil bazarda orta hesabla 10 min manata satılırsa, lakin 3 min manata təklif olunursa, burada problem axtarmaq lazımdır:
“Bu o deməkdir ki, həmin maşının artıq dəyəri düşüb və gələcəkdə onu saz vəziyyətdə saxlamaq üçün əlavə, gözləniləndən artıq xərc çıxacaq”.

Belə yollarda sürücülər yalnız sağ işıqfora baxmalıdır – Sürücülərə TÖVSİYƏ
Məşqçinin sözlərinə görə, texniki cəhətdən zəif vəziyyətdə olan avtomobillər sürücünü rahat hərəkət vasitəsi ilə təmin etmir, ustaların yanına gedib-gələn daimi müştəriyə çevirir:

“Maşın A nöqtəsindən B nöqtəsinə rahat aparmaq üçündür. Əgər iki gündən bir ustanın yanına getməli olursunuzsa, bu artıq avtomobilin öz funksiyasını itirməsi deməkdir”.

Aqil Rəhimov vurğulayıb ki, avtomobil alarkən tələskənlik və “ayağım yerdən götürülsün” düşüncəsi yanlış qərarlara səbəb olur. Onun fikrincə, məqsəd əvvəlcədən düzgün müəyyənləşdirilməli, seçim isə real imkanlara uyğun aparılmalıdır.

O, sürücülərə avtomobili mütləq yoxlatdırmağı da tövsiyə edib:

“Maşını kim satırsa-satsın qonşu, tanış və ya qohum utanmaq olmaz. Avtomobili mütləq öz güvəndiyiniz ustaya aparın. Satıcının ustasına yoxlatdırmaq isə risklidir”.
Sonda Aqil Rəhimov qeyd edib ki, əsas məsələ yeni və ya bahalı avtomobil almaq deyil, texniki cəhətdən sağlam, etibarlı nəqliyyat vasitəsi seçməkdir. Onun sözlərinə görə, bir az səbr və düzgün yanaşma sürücünü həm maddi itkilərdən, həm də avtomobildən bezmək hissindən qoruyur.

Eltac Zülfüqaroğlu

Oxunub 576
ŞƏRH YAZ
Ad

E-mail

Şərh