Avtomobillərin utilizasiyası ekoloji və iqtisadi faktor kimi

Azərbaycanda artıq avtomobillərin utilizasiyası ilə bağlı əməli fəaliyyət başlayıb. Bugünədək yüzə yaxın nəqliyyat vasitəsi utilizasiya edilərək təkrar emala yararlı məhsul vəziyyətinə gətirilib. Proses davam edir. İctimai rəydə belə bir fikir formalaşıb ki, bu yolla ölkə köhnə avtomobillərdən təmizlənəcək. Yanaşma doğru olsa da, utilizasiyanın yeganə faydası istismara yaramayan maşınların yoldan kənarlaşdırılması deyil. Xarici təcrübəyə nəzər salsaq işin daha mürəkkəb və əhatəli olduğu üzə çıxar.
Nəqliyyat vasitələrinin utilizasiyasından danışarkən ekoloji amillərlə yanaşı iqtisadi amillər də diqqətə alınmalıdır. Çox zaman iqtisadi amillər digər faktları üstələyir. Bunun səbəbləri də çoxdur.
Utilizasiya ilk növbədə çox sayda insan üçün iş yeridir. Təkcə bir faktı deyək ki, Almaniya, İtaliya və Fransada bu sektorda birlikdə 50 mindən çox insan işlə təmin olunub. Təbii ki, Azərbaycanda əhali və avtomobil sayı az olduğundann bu sektorda iş yerinin sayı da nisbətən az olacaq. Lakin proses davamlı olduğu üçün yaradılan bütün iş yerləri daimi əsaslı olacaq. Bu da utilizasiyanın sosial xarakterini ortaya qoyur.
Utilizasiya həm də insanların illərdir atılıb qalmış avtomobilləri təhvil verməsinə maraq yaradır ki, bu da dövriyyəyə əlavə vəsaitin daxil olması deməkdir. Bu vəsait hansı istiqamətində xərclənməsindən asılı olmayaraq iqtisadi canlanma yaradır. Təəssüf ki, burada statistika aparmaq mümkün deyil.
Nəqliyyat vasitələrinin utilizasiyası dövriyyəyə böyük həcmdə əlvan və qara metalın daxil olması deməkdir. Bu da son nəticədə həm təbii resurslardan istifadənin, həm də idxaldan asılılığın azalmasına səbəb olur. Bunu Azərbaycanla çox isti münasibətləri olan Belarusun timsalında görə bilərik. Təbii ehtiyatları az, metala tələbatını Rusiyanın hesabına ödəyən ölkədə 10 il əvvəl başlayan utilizasiya metal idxalını əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. Böyük şəhərlərdə isə küçələr təmizləndiyi üçün çox sayda yeni parklama yerləri formalaşdı. Minsk və Qomelin küçələri avtomobillərin altına toplanan zibillərdən qurtuldu, narkomanlar üçün gecələmə yerləri aradan qalxdı.
Azərbaycanda utilizasiya prosesinin davamlılığı məsələsinə gəlincə: bu barədə kifayət qədər nikbin proqnoz vermək mümkündür. Həyətlərdə, hüquqi şəxslərin qarajlarında, cərimə meydançalarında minlərlə istifadəyə yararsız texnika emal prosesini gösləyir. Tam əminliklə demək olar ki, yaxın 10 ildə bu sahədə qıtlıq yaranmayacaq. Sonrakı dövrdə isə proses sabit templə davam edəcək.
Yaxın bir neçə ildə isə elektromobillərin utilizasiyası məsələsi aktuallaşacaq. Bu isə daha çətin və məsuliyyətli işdir. Prosesə hazırlaşmağın vaxtı artıq çatıb.
Vüqar Yaşaroğlu
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










