Azərbaycanda vətəndaşların kartından 1 gündə 87 min manat pul oğurlanıb - AÇIQLAMA

Aprelin 8-də Azərbaycanda bir neçə vətəndaş kiberfırıldaqçıların qurbanına çevrilib. Cəmi bir gün ərzində vətəndaşların bank kartlarından ümumilikdə 87 min 67 manat məbləğində vəsait oğurlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev özünün "Facebook" hesabında paylaşım edərək vətəndaşları xəbərdar edib. Onun sözlərinə görə, kiberfırıldaqçılıq hallarının sxemləri dəyişsə də, məqsədləri eynidir – vətəndaşların şəxsi maliyyə məlumatlarını ələ keçirmək və onların hesablarını boşaltmaq.
“Dünən də vətəndaşların bank kartlarından 87067 manat talayıblar. Vətəndaşın əziyyətlə, zəhmətlə dar günü üçün topladığı pullar bir anda yoxa çıxır. Çünki kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir,” – deyə Elşad Hacıyev bildirib.

Onun paylaşımına əsasən, aprelin 8-də ayrı-ayrı şəxslərin hesablarından aşağıdakı məbləğlərdə pullar oğurlanıb:
20.000, 17.000, 16.000, 15.000, 7.800, 4.650, 2.538, 1.006, 900, 850, 500, 350, 200, 107, 60, 56 və 50 manat.
İKT üzrə mütəxəssis Elvin Abbasov saytımıza açıqlamasında deyib ki, bu məsələdə həm dövlət, həm də vətəndaş məsuliyyət daşıyır:
.jpg)
"Son dövrlərdə kibercinayətkarlıq, xüsusilə də kiberdələduzluq motivləri sürətlə artır və bu artıq sistemli yanaşma tələb edən ciddi problemdir. Bu istiqamətdə həm dövlətin üzərinə düşən məsuliyyətlər var, həm də vətəndaşların rəqəmsal savadlılığının, rəqəmsal bacarıqlarının artırılmasına ciddi ehtiyac duyulur”.
Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkəsində bu sahədə artıq praktiki təcrübələr tətbiq edilir və Azərbaycan da bu istiqamətdə addımlar atmalıdır.
"Məsələn, Rusiya hökuməti yeni sərəncamla vətəndaşlara xarici nömrələrlə edilən zənglərlə bağlı müəyyən meyarlar təqdim edib. Bu cür yanaşmalara Azərbaycanda da ehtiyac var. Dövlət öncədən tədbirlər görməli, vətəndaşlar isə ayıq-sayıq olmalıdır. Xarici nömrələrlə edilən zənglərə qarşı ehtiyatlı olunmalıdır. Çünki kiberdələduzlar adətən yerli nömrələrdən istifadə etmirlər.
Heç bir polis əməkdaşı və ya bank nümayəndəsi vətəndaşa xarici nömrədən zəng etmir. Bu cür hallar dərhal şübhə doğurmalıdır.
Dövlət qurumları sosial şəbəkələr vasitəsilə vətəndaşlara fərdi yazışmalar etmir. Əgər kiminsə adına bu cür yazışmalar aparılırsa, bu çox böyük ehtimalla dələduzluq cəhdidir.
Şəxsi məlumatlar – bank kartı məlumatları, şəxsiyyət vəsiqəsi məlumatları, OTP (birdəfəlik şifrə) kodları – heç bir halda başqa şəxslərlə paylaşılmamalıdır.

Ekspert əlavə edib ki, həm dövlət qurumları, həm də bank və özəl sektor bu sahədə vətəndaşları daim maarifləndirməlidir:
“Bank və dövlət qurumları vətəndaşlara sosial şəbəkələrdən yazmayacaqları barədə aydın mesaj verməlidir. Vətəndaşlar da bu xəbərdarlıqlara əsasən davranmalı, şübhəli hallarda dərhal əlaqədar qurumlara məlumat verməlidir”.
Fidan
Sürücülərin təhlükəli vərdişi: Zolaq dəyişmək niyə risklidir? – VİDEO
"Anti cib" modeli dayanacaqlarda təhlükəsizliyi artıracaq? - İZAH
Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – VİDEO
Qaraj alanda aldanmamaq üçün bu yazını oxuyun! - FOTOLAR
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO










