Bakıda düzgün işləməyən svetoforla bağlı NİİM-dən AÇIQLAMA - VİDEO

Öyrənək 16 İyun 2024 17:40 Oxunub 3040
Bakıda düzgün işləməyən svetoforla bağlı NİİM-dən AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda svetoforun düzgün işləməməsi ilə bağlı sürücülərdən biri qeydə aldığı videonu redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Bibiheybət yolundakı svetofordan gedir. Belə ki, svetoforun iş rejimində ciddi nöqsan aşkarlanıb. Həm yaşıl işıq, həm də qırmızı işıq yanan zaman anidən svetoforun fəaliyyəti dayanır. Bunu görən sürücülər isə svetoforun növbəti siqnala keçid etdiyini düşünərək hərəkətə başlayırlar. Yaşıl işığın sönməsi zamanı isə sürücülər qəfil tormoz verərək dayanmağa çalışırlar. Bu zaman isə arxadan gələn sürücülərə təhlükə yaranır.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov Avtosfer.az-a bildirib ki, qeyd olunan ərazidə 2 gün əvvəl svetoforun işində texniki problem yaranmışdı. NİİM-in əməkdaşları elə həmin gün svetoforda yaranan problemi həll ediblər. Hazırda da svetoforun iş prinsipində heç bir problem yoxdur. Sürücü və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh