Bakıda qəza metronun iki stansiyası istiqamətində sıxlığa səbəb oldu - FOTO - YENİLƏNİB

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki (Poladəritmə zavodunun qarşısında) köməkçi yolda baş verən avtoqəza zamanı iki nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
O qeyd edib ki, hadisə bu gün saat 11:20-də baş verib.
"Hadisənin baş verməsinə səbəb 99-GF-129 dövlət nömrə nişanlı "Mercedes" markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq 50-CA-704 dövlət nömrə nişanlı VAZ-2104 markalı nəqliyyat vasitəsinə çırpılması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.
Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
***
12:26
Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki (Poladəritmə zavodunun qarşısında) köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən həm metronun "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.
Sağ tərəfi uçurum olan yollarda ötmə əməliyyatı necə həyata keçirilməlidir? - VİDEO
Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq
Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
Maşınla səs-küy salanlar başqalarını narahat etməkdən zövq alır – MÜTƏXƏSSİS RƏYİ
Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA
Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək
Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə! - VİDEO











