Bakıda quraşdırılmış bu nişanın mənası nəyi bildirir? - İZAH - VİDEO

Öyrənək 22 Noyabr 2023 14:00 Oxunub 2054
Bakıda quraşdırılmış bu nişanın mənası nəyi bildirir? - İZAH - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hava limanı yolunda quraşdırılan nişanın mənası bəzi sürücülərə qaranlıq qalıb. Bununla bağlı bir neçə oxucu redaksiyamıza sual ünvanlayıb. Belə ki, üzərində təyyarə silueti olan bu nişan xəbərdarlıq nişanlarına aiddir. Adı isə "alçaqdan uçan təyyarələr"dir. Bu nişan üzərindən nisbətən alçaqdan təyyarə və vertolyotların uçub keçdiyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan aeroportların, vertolyot meydanlarının yaxınlığından keçən yol sahələrinə quraşdırılır.

Hava limanı yoluna quraşdırılmış bu nişan enmə və qalxma zolağının yaxınlığına quraşdırılıb.

 

Könül

ŞƏRH YAZ
Ad

E-mail

Şərh