Bakının bu prospektində içməli su və kanalizasiya xətləri yenilənir - FOTO - VİDEO

2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi hazırlıq tədbirlərini davam etdirir. Təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq şəhərdaxili yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar 32 ünvanda istismar müddəti başa çatmış içməli və tullantı su xətlərinin yenilənməsinə qərar verilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, ötən müddətdə paytaxtın 18 küçə və prospektində qəzalı vəziyyətdə olan mövcud su və kanalizasiya sistemlərinin dəyişdirilməsinə başlanılıb. İndiyədək bu sahədə işlərin böyük hissəsi icra edilib və bəzi ünvanlarda layihələrin icrasına hazırlıq görülür. Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospektində uzun illər istismar olunaraq qəzalı vəziyyətə düşmüş su və kanalizasiya xətlərinin dəyişdirilməsi intensiv qaydada davam etdirilir.
Hazırda dəyişdirilən su kəmərləri uzun müddət istismar olunduğuna görə tez-tez qəzalar baş verirdi və bu qəzalar nəticəsində əhalinin su təminatında fasilələr yaranırdı. 8 Noyabr prospektinin Nizami parkından Corat küçəsinə qədər olan hissəsində 2,8 km su xəttinin inşası yekunlaşmaq üzrədir. Eyni zamanda Əbilov küçəsi ilə kəsişmədən başlayaraq 8 Noyabr prospektinin sonuna qədər 600 metr magistral su xəttinin tikintisi yekunlaşıb və şəbəkəyə qoşulma işləri aparılır. Yeni su xətlərinin çəkilməsi magistral su kəmərlərində qəza hallarının aradan qaldırlıması ilə yanaşı, ətraf ərazilərin içməli su təchizatını yaxşılaşdıracaq.
Hazırlıq tədbirləri çərçivəsində 8 Noyabr prospektindən keçən kanalizasiya kollektorunun da qəzalı hissəsi dəyişdirilib. Bu məqsədlə Zığ nasos stansiyasından Nargilə dairəsinə qədər 1200 mm diametrli borularla 700 metr uzunluğunda yeni kollektor inşa edilib. Tədbirlər Planında nəzərdə tutulan işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Ötmə zamanı avtomobil bir tərəfinin boş olmasına diqqət edin – Sürücülərə TÖVSİYƏ - VİDEO
“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT
Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz – Sürücülərə TÖVSİYƏ - VİDEO
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
















