Bakının əsas yollarından birində endirilən sürət həddi dəyişdi

Öyrənək 27 İyun 2024 09:24 Oxunub 306
Bakının əsas yollarından birində endirilən sürət həddi dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Avtosfer.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bütün məlumat sürət tablolarından "güclü külək" işarəsi də götürülüb.

Qeyd edək ki, iyulun 26-da müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh