Bank kartlarındakı pulları kiber cinayətkarlardan necə qoruyaq? - EKSPERT AÇIQLADI

Kiberdələduzluğun qurbanı olanların sayı artmaqda davam edir. Vətəndaşların telefonunda olan bank tətbiqləri və onlara daxil olan kartlardan pullar oğurlanır. Telefonda birdən ekran qaraldılır və arxa fonda dələduzlar öz işini görür. Bəzən bir az insaf göstərib, kartda 20 manat xərclik-yol pulu saxlayan oğrular da olur.
Avtosfer.az-ın məlumatına görə, vətəndaşlar bu barədə polisə və banklara müraciət etsələr də, peşəkar dələduzlar o qədər professional və sürətli işləyir ki, izi tapmaq çox məşəqqətli olur. Bəzən oğru tapılmır və xarici hesablarda iz itirilir. Ölkə xaricinə çıxarılmış məbləğlərin tapılması da, bürokratik və hüquqi prosedurlara görə çox zaman tələb etdiyi üçün, müsbət nəticə əldə etmək çətinləşir. Kartından kiçik məbləği oğurlanan şəxslərin isə vəziyyəti bir qədər ümidsizdir.
Bəs vətəndaşlar belə hallardan qorunmaq üçün nə etməlidir?
Avtosfer.az xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının(AKTA) eksperti Bəhruz Əliyev sosial şəbəkələrdə məlumat paylaşıb.
O bildirib ki, bu halların qarşısını almaq üçün aşağıdakı nüanslara diqqət yetirilməlidir:
1 - "Google Play" və "App Store" da olmayan 3-cü tərəf proqramları əsla yükləməyin.
2 - "Google Play" və "App Store"-dan yükləmək istədiyiniz tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa onu əsla yükləməyin.
3 - Tətbiq yükləyərkən, sizdən tətbiqin istədiyi icazələrə diqqət yetirin. İcazələri minimallaşdırın və istədiyi icazələr məntiqli deyilsə, yükləməkdən imtina edin.
4 - Qarşınıza çıxan cəzbedici mərc oyunları və digər linklərin üzərinə vurmayın.
5 - Mümkün qədər pulsuz amma, global olaraq, tanınmamış xidmətlərdən və oyunlardan istifadə etməyin. Xidmət pulsuzdursa, satılan sizin məlumatlarınızdır.
6 - Heç kəsə SMS təsdiq kodunuzu və ya bank kartınızın 16 rəqəmi xaricindəki rəqəmləri deməyin. Kartın şəklini çəkib göndərərkən, digər məlumatları bağlayın. Qarşıdakı insana güvənə bilərsiniz, amma onun telefonu yoluxarsa, sizə də ciddi zərər dəyə bilər.
7 - Avadanlığınızı daimi olaraq “UPdate” edin.
8 - Daimi olaraq, maariflənmək və öyrənmək lazımdır. Ehtiyatlı və tədbirli olun.
Məhəbbət Tərlanoğlu
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO









