Banner

“Bəzi piyadalar “mənə heç nə olmaz” prinsipi ilə yolu keçir” – AQİL RƏHİMOV - VİDEO

Öyrənək 22 Sentyabr 2025 12:00 Oxunub 1760
“Bəzi piyadalar “mənə heç nə olmaz” prinsipi ilə yolu keçir” – AQİL RƏHİMOV - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov piyadaların yol keçidlərində yol hərəkəti qaydalarına laqeyd yanaşmasının ciddi fəsadlara yol aça biləcəyini deyib. 

Avtosfer.az xəbər verir ki, Aqil Rəhimov bəzən piyadaların yolu keçərkən avtomobillərə diqqət etmədiyini, sanki “mənə heç nə olmaz” prinsipi ilə hərəkət etdiklərini qeyd edib:
“Yaxşı piyadalarımız da var, nümunəsini indi görəcəksiniz. Baxın, biz dayanırıq və piyada keçidindən insanlar təhlükəsiz şəkildə keçir. Amma bugünkü mövzumuz “dəvəquşu sindromu” barədədir. Bu sindrom “mənə heç nə olmaz” düşüncəsinin bir hissəsidir.

Fikir verin, qarşıda bir qadın yolu keçir, amma bizə tərəf baxmır. Yəni, düşünür ki, əgər mən maşınlara baxmıramsa, deməli, heç bir problem yoxdur. Bu, əsl “dəvəquşu sindromu”dur. Belə hərəkət həyat üçün ciddi risk daşıyır”, – deyə o qeyd edib.

Məşqçi piyadalara müraciət edərək, özümüzü qorumalı olduğumuzu, yolu keçərkən diqqətli olmağın zəruriliyini və belə səhvlərə yol verməməyimizi bildirib.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh