Banner

Bəziləri avtomobilə oyuncaq kimi yanaşır – Mütəxəssisdən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Öyrənək 19 Noyabr 2025 11:30 Oxunub 1068
Bəziləri avtomobilə oyuncaq kimi yanaşır – Mütəxəssisdən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Avto FM” verilişində çıxış edən qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülük mədəniyyəti ilə bağlı mühüm çağırışlar edib.

Avtosfer.az xəbər verir ki, ekspert xüsusilə yeni və təcrübəsiz sürücülərin avtomobilə məsuliyyətsiz yanaşmasının ciddi təhlükələr yaratdığını qeyd edib.

Onun sözlərinə görə, insanların bir hissəsi avtomobili hələ də oyuncaq kimi qəbul edir və sükan arxasına keçərkən qarşılarına çıxacaq məsuliyyəti dərk etmir:
“Düşünürlər ki, maşın alacam və məsələ bitdi. Amma fikirləşmirlər ki, bu maşın öz-özünə gedəsi deyil. Əgər imkanın varsa, kurslara getməlisən, öyrənməlisən”.

Aqil Rəhimov bildirib ki, maşını idarə etməyi bacaran insan üçün avtomobil rahatlıqdır, amma qaydaları bilməyən, məsuliyyətsiz sürücülər üçün potensial faciə mənbəyinə çevrilə bilir:

“Maşın onu sürə bilənlərin əlində xoşbəxtlikdir, amma sürə bilməyənlərin əlində gələcək faciələrə aparan qurğudur”.

Məşqçi həmçinin təcrübəli sürücülərə də xəbərdarlıq edib. Onun sözlərinə görə, bir anlıq səhv ailələri həyati təhlükə ilə üzləşdirə bilər:

“Sizi evdə gözləyən insanlar var. Sağ-sol eləməklə, kiminsə qabağını kəsməklə, qırmızıda keçməklə özünü ailənə çatdırmaya bilərsən. Ailən başsız qala bilər.”
Aqil Rəhimov sürücüləri yola çıxarkən daim ailələrini düşünməyə çağırıb:

“Heç olmasa fikirləş ki, sən həyat yoldaşına, uşaqlarına lazımsan. Səhv etmə ki, qəzaya düşüb onları çətinliyə salmayasan”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh