Birkası olmayan maşın qeydiyyatdan və texniki baxışdan keçirilə bilərmi? - QAYDALAR BELƏDİR

Öyrənək 3 Sentyabr 2023 20:00 Oxunub 5396
Birkası olmayan maşın qeydiyyatdan və texniki baxışdan keçirilə bilərmi? - QAYDALAR BELƏDİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobillərin modelini, mühərrik, ban və şassi nömrələrini bildirən lövhəciklər (birkalar) zavod tərəfindən müəyyən olunmuş yerə bərkdilir. Bu lövhəciklər müasir avtomobillərin ayaqaltı hissəsində, sovet maşınlarında isə mühərrik hissəsində yerləşdirilir. Lövhəciyin əsas mahiyyəti ban, şassi, mühərrik və.s nömrələrinin mərkəzləşdirilmiş bir yerdə yazılmasından ibarətdir.
Son zamanlar sürücülər redaksiyamızın qaynar xəttinə çoxsaylı şikayətlər ünvanlayaraq bildirirlər ki, birkası qoparılmış, itmiş avtomobilləri qeydiyyata aldırarkən və yaxud texniki baxışdan keçirərkən Dövlət Yol Polisi İdarəsi bundan imtina edir.
Lövhəciyin (birkanın) olmaması qeydiyyatdan və texniki baxışdan imtinaya əsasdırmı?
Avtosfer.az xəbər verir ki, lövhəciyin üzərində yazılmış məlumatlar, təkrar məlumatlar hesab olunur. Ümumiyyətlə lövhəciyin olmaması və ya avtomobilin üzərindən çıxarılması  heç bir hüquq pozuntusu yaratmır. Çünki lövhəcikdə olan məlumatlar ayrıca olaraq mühərrikin, banın, şassinin üzərində də yazılır.
Avtomobilin zavod tərəfindən istehsal edildiyi mühərriki sıradan çıxanda, sürücülər bəzən yeni mühərrik alıb qoyurlar. Belə olan halda avtomobilə yeni qoyulmuş mühərrikin nömrəsi əsas götürülür. Bu nömrə ilə məlumat lövhəsindəki (birkadakı) nömrə onsuz da uyğun gəlməyəcək. Mühərrik dəyişdikdən sonra sürücü DYP-yə müraciət edib yeni aldığı mühərrikin nömrəsini qeydiyyat şəhadətnaməsinə əlavə etdirir. Lakin avtomobilin üzərindəki lövhədə köhnə nömrə qalır. Buradan da görünür ki, həmin məlumat lövhəsinin heç bir vacibliyi yoxdur. Mühərrik kimi avtomobilin banı da, şassisi də dəyişdirilə bilər. Yenə olduğu kimi DYP bu əməliyyatı qeydiyyata alacaq, lakin lövhəcikdə olan nömrələr köhnə olaraq qalacaq. Buna görə də lövhəciyin olub-olmaması vacib hesab olunmur və qeydiyyatdan, texniki baxışdan imtinaya əsas deyil.


Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh