Bu avtobusların zolağa daxil olması qadağandır - CƏRİMƏSİ VAR - VİDEO

Bakıda avtobus zolaqlarının təşkili günü-gündən artmaqda davam edir. Sonuncu dəfə avtobus zolağı Bakı-Sumqayıt yolunda təşkil edilib. Çox təəssüf hissi ilə bildiririk ki, həmin zolaqlara marşrut avtobusları ilə yanaşı, digər avtomobillər də daxil olur. Eyni zamanda marşrut xəttində fəaliyyət göstərməyən avtobusların da həmin zolaqla hərəkət etməsinin şahidi oluruq. Təqdim etdiyimiz videoda da aydın şəkildə görünür ki, Mikayıl Useynov küçəsindəki avtobus zolağında şirkətlərə və özəl təşkilatlara aid avtobusların hərəkət etməsi əks olunub.
Digər avtobusların həmin zolağa daxil olması qayda pozuntusu hesab olunur, yoxsa yox?
"Yol hərəkəti haqqında" qanunda ümumi istifadədə olan nəqliyyat vasitəsinin anlayışı verilib: Sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi (avtobus, trolleybus, tramvay) ümumi istifadədə olan nəqliyyat vasitəsi hesab olunur.
Anlayışdan göründüyü kimi, sərnişinlərin daşınması üçün nəzərdə tutulan istənilən nəqliyyat vasitəsi yox, yalnız konkret müəyyən edilmiş marşrut üzrə, müəyyən edilmiş dayanacaqlarla hərəkət edən avtobuslar ümumi istifadədə olan nəqliyyat vasitəsi hesab edilir. Deməli, marşrut taksiləri və adi minik taksiləri, ayrı-ayrı təşkilatlara xidmət edən avtobuslar, habelə qeyri-müntəzəm (sifarişlə) sərnişin daşıyan avtobuslar ümumi istifadədə olan nəqliyyat vasitələri sırasına aid deyildir.
Ümumi istifadədə olan nəqliyyat vasitəsi həm şəhərdaxili, həm də beynalxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirir.
Qanunun hərfi mənasına görə, şirkət və özəl təşkilatlara aid, o cümlədən sifarişlə fəaliyyət göstərən avtobus sürücülərinin həmin zolağa daxil olması qadağandır. Bu hərəkətə yol verən sürücülər 40 manat məbləğində cərimə edilə bilər.
Nərmin
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Ötmə zamanı avtomobil bir tərəfinin boş olmasına diqqət edin – Sürücülərə TÖVSİYƏ - VİDEO
“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT
Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz – Sürücülərə TÖVSİYƏ - VİDEO
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO











