Bu avtomobillərin ressorunu artıran sürücülərə cərimə yazıla bilərmi? - AÇIQLAMA - VİDEO

Bəzən yük avtomobili idarə edən sürücülər asqı sistemində müəyyən dəyişikliklər edirlər. Avtosfer.az xəbər verir ki, əsasən "Qazel" və "Qaz 24" markalı avtomobillərin asqı sistemində ressorların sayını artıran sürücülər yükü rahat şəkildə daşımağa çalışırlar. Lakin yol polisi əməkdaşları bu dəyişikliyi edən sürücləri saxlayaraq məsuliyyətə cəlb edirlər. Avtomobilin asqı sisteminə edilmiş bu cür dəyişiklik inzibati məsuliyyət yaradırmı?
Avtosfer.az-ın sualını cavablayan hüquqşünas Ərşad Hüseynov bütün bu məsələlərə aydınlıq gətirib. O bildirib ki, yolda belə hallar aşkar edilən zaman öncə sürücüyə texniki göstəricilər izah edilməli və bu göstəricilərə əməl olunmadığı halda sürücü məsuliyyətə cəlb olunmalıdır: "Avtomobillərin bir neçə cür asqı sistemi var. Bunlardan biri də ressorlardır. Öncə qeyd edim ki, asqı sistemləri ilə bağlı nə beynəlxalq, nə də ki, milli standart var. Avtomobilin təyinatına, çəkisinə, yükgötürmə qabiliyyətinə uyğun asqı növü və onun texniki parametrlərini istehsalçıların özləri müəyyən edirlər. Asqının təyinatı, hərəkət zamanı müəyyən silkələnməli vibrasiyaları söndürmək və onu salona, yükə ötürməyin qarşısını almaq, o cümlədən müxtəlif yol sahələrində təkərlərin yol səthinə eyni cür toxunmasını təmin etməkdir. Heç bir yerdə ressorun neçə ədəd olması qeyd olunmayıb. Hər bir istehsalçının müəyyən etdiyi ressor vərəqlərinin sayı hər birinin ayrıca texniki göstəricilərindən asılıdır. Məsələn, onun elastiklik dərəcəsi, zərbəyə dözməsi, dalğaları söndürməsi imkanına uyğun olaraq quraşdırılır. Eyni model avtomobilə 3 ressor vərəqi də quraşdırıla bilər, 4-ü də. Bu, ressor vərəqinin qalın və ya nazikliyinə uyğun müəyyən edilir. Bu səbəbdən "heç kim avtomobilin ressor vərəqini artırmaq və ya əskiltmək qadağandır" ifadəsini işlədə bilməz. Əsas odur ki, ressorlar istehsalçının müəyyən etdiyi kəmiyyətə uyğun gəlsin və müəyyən edilmiş həddən aşağı olmasın. Əgər müəyyən olunmuş aşağı həddən az olsa ressorların qırılma riski yarana bilər."
Ərşad Hüseynov bildirib ki, dünyanın hər yerində qəbul olunmuş bir praktika var." Məsələn, Rusiyada "Qazel" markalı avtomobil kiçik tutumlu yük maşınıdır ki, asfaltda sürülmək üçün nəzərdə tutulub. Lakin istehsalçı zavod avtomobilin yolsuzluq şəraitində istifadəsi zamanı hətta ressor sayının artırılmasını tövsiyə edir. Məqsəd isə avtomobilə icazə verilən yükü vuran zaman ressorların dözməsi və qırılma riskinin aşağı salınmasını təmin etməkdir. Təkrar olaraq qeyd edim ki, asqının müəyyən edilmiş aşağı və ya yuxarı həddi çərçivəsində əlavə ressorlar quraşdırmaq qayda pozuntusu deyil."
Hüquqşünas qeyd edib ki, əlavə ressor vərəqi artıran sürücü yolda saxlanılan zaman ona irad bildirilirsə, öncə avtomobilin asqı sistemi ilə bağlı texniki göstəricilər sürücüyə təqdim edilməlidir və müəyyən edilmiş aşağı və ya yuxarı həddin aşılması sübut olunduqdan sonra məsuliyyətə cəlb edilə bilər. "Əks halda sürücüyə hər hansısa bir cərimə tətbiq edilməsi doğru hesab edilmir".
Nərmin
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO
Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır
Yola paralel parklanan maşınlardan azı 1 metr uzaq keçmək lazımdır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Metroda nə qədər yol getsən, o qədər ödəyəcəksən - AÇIQLAMA
Parkinqdən çıxarkən bu səhvə yol verən sürücülər piyadaları vurur - VİDEO











