Bu halda qəza baş versə, vuran sürücüdə günah olmayacaq - VİDEO
Öyrənək
1 İyun 2020 14:00
Oxunub 3554
Qapıları açıq vəziyyətdə dayanıb maneə yaratmaq olmaz
Paytaxtın Mətbuat prospektində qaydanı pozan sürücü digər avtomobillərə maneə yaradıb. Avtosfer.az xəbər verir ki, sürücü idarə etdiyi "Vaz 21723" markalı avtomobillə yolun sağında həm ikinci cərgədə, həm də qapısı açıq vəziyyətdə duraraq arxadan gələn avtomobillərin hərəkətinə maneə yaradıb.
Yol Hərəkəti Haqqında Qanunda qeyd olunub ki, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.
Belə olan halda yol nəqliyyat hadisəsi baş verərsə, günah qapısı açıq olan avtomobilin sürücüsündə olacaq.
Təbriz
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR