Bu hallarda siqnal verən şəxslər cərimə olunacaq - VİDEO

Öyrənək 14 May 2023 19:40 Oxunub 3226
Bu hallarda siqnal verən şəxslər cərimə olunacaq   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı dünyanın az saylı şəhərlərindən biridir ki, şəhərdaxili yollarda səs siqnallarından yeri gəldi, gəlmədi istifadə edilir. İşıqfor yanan kimi arxada olan avtomobillər öndə olan avtomobilə, sürücülər yol verdikləri piyadaya, eləcə də avtomobillər biri-birinə səs siqnalı verərək xəbərdarlıq etməyə çalışırlar. Bəzən isə səs siqnalından “təşəkkür” və hətta digər avtomobilin sürücüsü üçün “söyüş” kimi də istifadə olunur.
Qanunla isə şəhər daxilində ehtiyac yaranmadığı təqdirdə səs siqnalından istifadə qadağan edilir. Bəs sürücülər bu qadağalara niyə önəm vermirlər?

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, Azərbaycanda lüzumsuz yerə səs siqnallarından istifadə halları geniş yayılıb: 

"İnsanlar az qala bir-biri ilə salamlaşanda belə səs siqnallarından istifadə edirlər. Sürücülər bir-birinə xəbərdarlıq edəndə, piyadaya yol verəndə səs siqnalları işə düşür. Məsələn, sürücü səs siqnalına görə polis tərəfindən saxlanıla bilər. Və sürücü iddia edə bilər ki, digər sürücü ona qəza şəraiti yaratdığı üçün o, səs siqnalından istifadə edib. Bu zaman gərək polis digər sürücünü də tapsın. Bu səbəbdən də, çox zaman polis əməkdaşları səs siqnalına görə sürücünü saxlayıb cərimə etmirlər".

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Toğrul Nəsirli qeyd edib ki, qanunvericilik səs siqnallarından istifadə ilə bağlı məsuliyyəti də hüquq pozuntusuna görə fərqləndirir.

"İnzibati Xətalar Məcəlləsinin (İXM) 329-cu maddəsi nəqliyyat vasitəsində mövcud olan standarta uyğun səs siqnalından qaydaları pozmaqla istifadəyə (yəni yuxarıda göstərdiyim iki haldan başqa digər hallarda səs siqnalı verməyə) görə 30 manat cərimə nəzərdə tutur."  

Onun sözlərinə görə, nəqliyyat vasitəsinə standartdan kənar çoxavazlı səs siqnallarının qoyulması zamanı 500 manatdan 800 manatadək cərimə tətbiq edilir: 

"Belə siqnal müsadirə edilməli, siqnal nəqliyyat vasitəsinin dayandırıldığı yerdəcə sökülməlidir. Bu mümkün olmadıqda isə həmin nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilməlidir. Siqnallar söküldükdən sonra avtomobil sahibinə qaytarıla bilər".

Nurlan Sakitoğlu
Nərmin Əkbər

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh