Banner

Bu küçədə sağ və orta zolaqla düz gedənləri 40 manat cərimə gözləyir - VİDEO

Öyrənək 20 Oktyabr 2025 11:30 Oxunub 1226
Bu küçədə sağ və orta zolaqla düz gedənləri 40 manat cərimə gözləyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın mərkəzində, 28 May küçəsində çəkilən bu görüntülər sosial şəbəkələrdə müzakirə doğurub. 

Avtosfer.az xəbər verir ki, yol nişanlanması ilə bağlı yaranan vəziyyət sürücüləri çaşqınlığa salır.

Belə ki, yerdə xətlənən işarələrə əsasən, sağ və orta zolaq yalnız sağa dönmək üçündür. Buna görə də sürücülər məcburiyyət qarşısında qalaraq düzünə getmək üçün sol zolağa çıxırlar.

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov məsələ ilə bağlı bildirib ki, bu, sırf yol nişanlanmasının düzgün tərtib olunmamasından irəli gələn problemdir:

“Biz 28 May küçəsindəyik. Biz düzünə gedəcəyik, amma sol zolağı tutmuşuq. Bilirsiniz niyə? Çünki orta zolaqda da, sağ zolaqda da düzünə işarəsi yoxdur. Sağa yalnız işarə var. Əgər biz orta zolaqdan və ya sağ zolaqdan düzünə getsək, bizi yol polisi saxlayacaq və 40 manat cərimə yazacaq. İndi bunu yerdəki xəttənmədən özünüz də görə bilərsiniz – bax, yolun ortasında, orta zolaqda xəttənməni görürsünüzmü?”

Məşqçi qeyd edib ki, bu cür vəziyyətlər həm yol hərəkətinin axıcılığına mənfi təsir göstərir, həm də sürücüləri çaşdıraraq cərimə riskini artırır. Onun sözlərinə görə, aidiyyəti qurumlar bu kimi yerlərdə nişanlanma sistemini yenidən nəzərdən keçirməli və düzəliş etməlidirlər.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh