Reklam

Bu ölkələrə gedərkən DİQQƏTLİ OLUN: PCR testi hansında tələb olunur? - SİYAHI

Öyrənək 27 Mart 2022 00:10 Oxunub 9288
Bu ölkələrə gedərkən DİQQƏTLİ OLUN:  PCR testi hansında tələb olunur? - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yoluxma sayı nə qədər aşağı düşsə də, bir çox ölkələrdə hələ də sərt pandemiya qaydaları hökm sürür. Həmin ölkələrə səfər etmək istəyən şəxslər isə onlardan nələrin tələb olunacağı ilə bağlı məlumatsız olurlar. Bəs pandemiya dövründə aviareyslərin yerinə yetirildiyi ölkələrə hansı şərtləri nəzərə almaqla səfər etmək olar? 

Bizim.Media xaricə səyahət etmək istəyənlərin ən çox düşündüyü bu məsələyə aydınlıq gətirməyə çalışıb.

PCR testi tələb edən və etməyən ölkələrin siyahısını sizə təqdim edirik: 

1.
 Türkiyə ölkəyə səfər edəcək şəxslərdən gəlməzdən öncə PCR testi, vaksin olunmayan şəxslərdən isə əlavə olaraq immunitet sertifikatı da tələb edir.  

2. Gürcüstan isə COVID pasportu və ya immunitet sertifikatı (tarixi etibarlı) olan şəxslərdən PCR testi tələb etmir.  

3. Macarıstan peyvənd olunmayan şəxslərdən səfərdən 3 gün öncə PCR testi verməyi tələb edir. Peyvənd olunmuş şəxslər isə bu tələbdən azaddır. Onlar vaksin sertifikatı ilə rahatlıqla ölkəyə giriş edə bilərlər. O cümlədən mehmanxanalar və restoranlar məhdudiyyətsiz fəaliyyət göstərir. İnsanların konsertlərdə və digər əyləncə tədbirlərində iştirak etməsi üçün peyvənd sertifikatı və ya PCR testi (peyvənd olunmayanlardan) tələb olunur. 

4. Yunanıstan isə ölkəyə giriş şərtlərində daha tələbkardır. Belə ki, turist və ölkəyə daxil olmaq istəyənlərdən peyvənd sertifikatı və ya virusa yoluxmaya görə 6 ay müddətində etibarlı olan immunitet sertifikatı tələb olunur. Həmçinin əlavə olaraq ölkəyə gəlməmişdən 72 saat əvvəl edilmiş PCR testi tələb edir.  

5. İsveçrəyə səyahət etmək istəyən şəxslər isə yanlarında viza ilə yanaşı ölkəyə gəlməmişdən 72 saat öncə PCR testi verməlidir. Həmçinin İsveçrə Səhiyyə Nazirliyinin saytında "Giriş anketi"ni doldurmalısınız. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh