Bu qaydanı pozan sürücülər 10 manat cərimələnəcək - DİQQƏT!

Avtomobillərdə dərman qutusu, qəza üçbucağı və yanğınsöndürənin olmamasına görə cərimə tətbiq edilib-edilməməsi sürücülər arasında tez-tez müzakirə olunur.
Maraqlıdır, bu ləvazimatlar olmadıqda cərimə yazıla bilərmi?
Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov bildirib ki, bu vasitələrin olmaması birbaşa yol-nəqliyyat pozuntusu kimi qeydə alınmır: “Dərman qutusu, qəza üçbucağı və yanğınsöndürən avtomobilin texniki baxışdan keçirilməsi üçün vacib tələblərdir. Bu ləvazimatlar olmadıqda nəqliyyat vasitəsi texniki baxışdan buraxılmır və yalnız tam təmin edildikdən sonra baxışdan keçmək mümkün olur”.
Hüquqşünas qeyd edib ki, yanğınsöndürən və qəza üçbucağının avtomobildə olmamasına görə inzibati cərimə nəzərdə tutulmayıb.
“Lakin dərman qutusunun olmaması inzibati məsuliyyət yaradır və bu hal üçün 10 manat məbləğində cərimə tətbiq edilir”.
Beləliklə, sürücülərə tövsiyə olunur ki, həm texniki baxışdan problemsiz keçmək, həm də cərimə riskindən yayınmaq üçün avtomobildə zəruri təhlükəsizlik vasitələrinin olmasına diqqət yetirsinlər./konkret.az
İçkili halda avtomobil idarə etməyin cəriməsi azdır – Aqil Rəhimov - VİDEO
Sağ tərəfi uçurum olan yollarda ötmə əməliyyatı necə həyata keçirilməlidir? - VİDEO
Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq
Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
Maşınla səs-küy salanlar başqalarını narahat etməkdən zövq alır – MÜTƏXƏSSİS RƏYİ
Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA
Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək










