Reklam

Bunlar sizdə varsa maşın sürməyiniz təhlükəlidir - DİQQƏT

Öyrənək 30 Dekabr 2022 23:04 Oxunub 7136
Bunlar sizdə varsa maşın sürməyiniz təhlükəlidir - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnsanlar neçə yaşdan sonra özlərinin və ətrafdakıların təhlükəsizliyi üçün avtomobil idarə etməkdən imtina etməlidirlər?

Avtosfer.az bildirir ki, statistikaya görə, 20-24 yaş arası və 85 yaşdan yuxarı avtomobil idarə edən kişilərdə qəza törətmək göstəriciləri yüksəkdir. Bu, birinci halda təcrübəsizlikdən asılıdırsa, ikinci halda orqanizmdə yaranan dəyişikliklər səbəbindən meydana çıxır.

Ölkəmizdə bununla bağlı Səhiyyə Nazirliyinin qərarı mövcuddur. Bu qərarda da sürücülərin avtomobil idarə etmələrinə qadağa və məhdudiyyət qoyan xəstəliklərin siyahısı göstərilib.

Bəzi xəstəliklər zamanı insanların avtomobil idarə etməsinin təhlükəli olur. 65-70 yaşlı insanlarda yaşla əlaqədar olaraq beyin damarlarında ateroskleroz, qan dövranının pozulması, təzyiq, görmə zəifliyi, eşitmə problemləri, diqqət pozğunluğu kimi sağlamlıq problemləri yarandığı üçün belə şəxslərin avtomobil idarə etməsi məqsədəuyğun deyil.

Avtomobil idarə etmək üçün insanın səbrli, təmkinli olması şərtdir. Buna görə də nevroz, panik-atak, depressiyadan əziyyət çəkən xəstələrin sükan arxasında oturması məsləhət deyil.  Hər hansı bir təhlükəli vəziyyət yarandıqda, bu cür insanların beyinlərində donma-suppor  halı yarana bilər ki, bu zaman həmin şəxsin qəza törətmək ehtimalı artır. Ümumiyyətlə, yaşlı insanlarda infarkt, insult keçirmə riskləri yüksək olduğundan onların avtomobil idarə etmələri həm özlərinin, həm də ətrafdakı insanların həyatı üçün təhlükə yarada bilər. Maşın sürməyin özü çox stressli iş olduğu üçün yaşlı insanlarda sinir yüklənməsi yaranır ki, bu da onların tez yorulmasına səbəb olur.

Yaxşı olardı ki, şəxsi avtomobildən istifadə fiziki şəxslər 6 aydan bir sağlamlıq müayinəsindən keçərək, qan təzyiqlərini,   ürəklərinin fəaliyyətini, görmə və eşitmə orqanlarını yoxlatdırmalıdırlar. Bu, nəinki onların özü üçün, hətta ətrafdakı insanların təhlükəsizliyi üçün çox vacibdir.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh