Bunları etsəniz yanacaq sərfiyyatı azalacaq - Sahil ustadan TÖVSİYƏLƏR

Öyrənək 5 Noyabr 2022 21:00 Oxunub 2484
Bunları etsəniz yanacaq sərfiyyatı azalacaq - Sahil ustadan TÖVSİYƏLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzi sürücülər qış mövsümündə yanacaq sərfiyyatının artmasından şikayət edir. Bəs görəsən buna səbəb nədir?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən tanınmış usta Sahil Ağabəyli bildirib ki, avtomobilin mühərrikində termostartın aşağı temperatur yaratması bunun əsas səbəblərindən biridir. "Odur ki, termostart ən azı iki ildən bir dəyişməlidir. Həmçinin tıxaclar da yanacaq sərfiyyatına ciddi təsir göstərir. Digər bir səbəb də təkərlərin boşluğu ilə bağlıdır. Təkərlərin havasına diqqət etmək də yanacaq sərfiyyatını azaldar."
Sahil usta onu da əlavə edib ki, aşırı yanacaq sərfiyyatı katalizatorun sensorları və şamlardan da ola bilər. Bunlara diqqət etməklə yanacaq sərfiyyatını nəzarətdə saxlamaq mümkündür. Amma yay ilə qış arasında 15 faiz yanacaq sərfiyyatı fərqi normaldır."

Orxan 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh