Reklam

Cərimə ödənişi zamanı əlavə xidmət haqqının tutulması sürücüləri narazı salır - VİDEO

Öyrənək 15 May 2021 00:32 Oxunub 3404
Cərimə ödənişi zamanı əlavə xidmət haqqının tutulması sürücüləri narazı salır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ödəniş terminallarında tutulan xidmət haqqı cəriməsini vaxtında ödəmək istəyən sürücüləri əlavə xərcə salır. Məsələn, hansısa qayda pozuntusuna görə yazılan cəriməni vaxtında ödəmək istədikdə ödəmə terminalı 1 manat xidmət haqqı tutur. Bu isə sürücülərin narazılığına səbəb olub.

Sürücülər deyir ki, cəriməni ödədikdə "MilliÖN" və  "eManat" ödəniş terminallarında xidmət haqqı çıxılır.

Qeyd edək ki, sürücülər cəriməni üç gün ərzində ödədikdə onlara 10 faiz güzəşt edilir. Ancaq ödəmə terminalları 1 manat əlavə xidmət haqqı tutan zaman demək olar ki, sürücülər bu güzəştdən yararlana bilmirlər.

Məsələ ilə bağlı "MilliÖN" müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirdi ki, ödəmə terminallarında Daxili İşlər Nazirliyi ilə bağlı olan cərimə ödənişləri 2018-ci ildən mövcuddur və müştərinin cərimə məbləğindən asılı olmayaraq ödənişi zamanı əlavə xidmət haqqı olaraq 1 manat  dəyərində komissiya tutulur.

"eManat" ödəmə terminallarının məxsus olduğu şirkətlə də əlaqə saxlasaq da, bayram günləri olduğundan suallarımıza cavab verən olmadı.

Əlavə edək ki, cərimələri "ASAN ödəniş" terminallarında ödədikdə heç bir xidmət haqqı çıxılmır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh