Banner

Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO

Öyrənək 12 Yanvar 2026 12:00
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov dairələrdən düzgün istifadə mövzusunda yeni sürücülük hüququ əldə edənlərə vacib tövsiyələr verib.

Avtosfer.az xəbər verir ki, Aqil Rəhimov əvvəlki videolarında “U” dönüşlərinin tələbələr üçün əhəmiyyətinə toxunsa da, bu dəfə diqqəti dairələrin düzgün keçilməsinə yönəltmək istəyib. Onun sözlərinə görə, sürücülük təlimi alan şəxslər mütləq şəkildə dairələrdən keçmə qaydalarını əhatəli şəkildə öyrənməlidirlər.

Məşqçi xatırladıb ki, mövcud qaydalara əsasən dairəyə istənilən zolaqdan daxil olmaq mümkündür, lakin dairədən çıxış yalnız sağ zolaqdan həyata keçirilməlidir. O əlavə edib ki, qaydalara zidd olmayan və praktikada təhlükəsizliyi artıran yanaşma da mövcuddur.

Belə ki, əgər sürücü dairədən sağa dönəcəksə, dairəyə daxil olarkən sağ zolağı tutmalıdır. Düz istiqamətdə hərəkət planlaşdırılırsa, orta zolaq daha məqsədəuyğundur. Sola dönmək istəyən sürücülər isə dairəyə daxil olarkən sol zolağı seçməli, lakin çıxış zamanı mütləq şəkildə ən sağ zolağa keçməlidirlər. Əks halda, yol hərəkəti qaydalarının pozulmasına görə sürücüyə 40 manat cərimə tətbiq oluna bilər.

Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO
Aqil Rəhimov qeyd edib ki, qəza əleyhinə kurslarda keçirilən dərslərin əksəriyyətində dairələrdən praktiki keçidlər yer alır və ayrıca bir dərs tam şəkildə bu mövzuya həsr olunur. Həmin dərslərdə tələbələrə təkcə dairəyə daxil olmaq deyil, dairə daxilində düzgün hərəkət etmək, bordürlərə toxunmamaq və təhlükəsiz manevr bacarıqları aşılanır.

Məşqçi sürücülərə çağırış edərək bildirib ki, bu məqamlara ciddi yanaşmaq lazımdır: düzgün öyrənilmiş dairə qaydaları gələcəkdə yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır.

Eltac Zülfüqaroğlu

Oxunub 836
ŞƏRH YAZ
Ad

E-mail

Şərh