DİQQƏT : Buna görə 30 manat cərimə oluna bilərsiniz – VİDEO

Sürücünün bir sıra hallarda xarici işıq cihazlarından istifadə etməsi zəruri hesab olunur. Hətta bu baş vermədikdə DYP əməkdaşları cərimə tətbiq edə bilər.
Bəs tunellərdə hərəkət zamanı xarici işıq cihazlarından istifadə mütləqdirmi?
Avtosfer.az xəbər verir ki, bu sualı “AvtoFM” radiostansiyasının efirində yayımlanan "Qaydaları pozma" verilişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablayıb.
O, bildirib ki, istər tunellərdə, istərsə də günün qaranlıq saatlarında, yollar işıqlandırılırsa belə xarici işıq cihazlarından istifadə etmək mütləqdir: “Çünki bu, təhlükəsizliyin təminatı baxımından vacibdir. Əgər tunellərdə və ya günün qaranlıq saatlarında yolların işıqlandırılmasından asılı olmayaraq xarici işıq cihazlarından istifadə olunmursa, bu, İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq 30 manat məbləğində inzibati tənbeh tədbirinin seçilməsi üçün əsasdır.”
Araz Əsgərli bildirib ki, hər bir sürücü bu hərəkətləri etməklə müxtəlif formada bəhanələr gətirməməlidir. Çünki yol-nəqliyyat hadisələri təhlükəsizlik tədbirlərinin düzgün icra olunmaması nəticəsində baş verir.
Məhəbbət Tərlanoğlu
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ











