Reklam

DİQQƏT - Yollarda əsəbinizi bu cür idarə edə bilərsiniz – VİDEO

Öyrənək 7 İyun 2024 00:11 Oxunub 10992
DİQQƏT  - Yollarda əsəbinizi bu cür idarə edə bilərsiniz – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülər arasında aqresiya, diqqətsizlik, mübahisə və s. hallar tez-tez baş verir. Bunun isə əsas səbəbi əsəbdir. Hətta əsəb bəzən qəzalara da səbəb olur. Necə deyərlər, hirsli başda ağıl olmaz.

Avtosfer.az xəbər verir ki, sürücülərin əsəblərini idarə etməsi barədə Avto FM radiostansiyasının efirində yayımlanan "Faydalı Saat" verilişində psixoloq Nizami Orucov danışıb.

O, bildirib ki, sürücülər yollara çıxmamışdan əvvəl psixoloji yanaşma ilə özünü əsəbdən qoruya bilər. Bu texnika fərqli formada icazə verməkdir. Qəribə səslənsə də bunu etmək əsəbi idarə edir. Məsələn, evdən maşına əyləşib işə gedən sürücü yolda kimsə maşınla yolu kəsibsə bu zaman əsəbiləşməyə başlayır. Bu da bütün günümüzə təsir edir. Bunun əvəzinə özünüzə dərin nəfəs alaraq deyin ki, icazə verirəm ki, o da belə olsun. Yəni olduğu kimi olsun. Bununla da siz özünüzü əsəbdən, stressdən qoruya biləcəksiniz”.

Məhəbbət Tərlanoğlu 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh